AllFreePapers.com - All Free Papers and Essays for All Students
Search

Documentary Films

Autor:   •  November 1, 2016  •  Thesis  •  21,035 Words (85 Pages)  •  769 Views

Page 1 of 85

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

İstiqamətin şifri: 060204 Jurnalistika

İxtisaslaşmanın adı: Teleradio jurnalistika

Televiziya və radio jurnalistikası kafedrasının II kurs magistrantı Teymurlu Azər Loğman oğlunun magistr dərəcəsi almaq üçün təqdim etdiyi

“SƏNƏDLİ FİLMİN SSENARİ XÜSUSİYYƏTLƏRİ”


mövzusunda

DİSSERTASİYA İŞİ

        Elmi rəhbər:                          dos.A.N.Kərimova

        Kafedra müdiri:                     dos.A.N.Kərimova

BAKI – 2014

MÜNDƏRİCAT

GİRİŞ        ……………………………………………………………………........3

I FƏSİL        Sənədli telefilmin tipoloji xüsusiyyətləri və yaradıcı prinsipləri......6

                   1.1   Janrın təşəkkül tapması və ümumi anlayışlar.................................6

                   1.2   Sənədli filmin xüsusi estetik funksiyası.........................................15

                   1.3   Sənədli filmlərdə ümumi sistemləşdirmə.......................................21

II FƏSİL    Sənədli kino ssenarisinin dramaturji əsasları və kompozisiya  

                     özəllikləri...........................................................................................24

                    2.1 Sənədli kinonun xüsusiyyətləri......................................................24

                    2.2 Televiziya publisistikasında sənədli kinofilmin yeri.....................28

                    2.3  Sənədli proqram............................................................................37

III  FƏSİL  Müstəqillik dövründə  çəkilmiş  sənədli filmlər.............................43

NƏTİCƏ    .............................................................................................................69

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT .................................................................72

                                 

                                                   

GİRİŞ

         

         Mövzunun aktuallığı. Sənədli film hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti, təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. Sənədli film bir tarixdir. Hadisələri və şəxsiyyətləri unudulmağa qoymur. Daim onları yaşadır. Adi bir misal göstərək. Hansısa tarixi şəxsiyyətlə bağlı müxtəlif kitablardan məlumatlar oxuya bilərik. Amma onun haqqında hazırlanmış sənədli film adi kitabdan daha təsirli və yaddaqalan olur. Ən azı ona görə ki, sənədli filmin audovizuallığı qavrama və hafizəyə daha yaxşı təsir göstərir. Üstəgəl, adi qəzet məqaləsindən fərqli olaraq sənədli film istənilən şəxs, yaxud da müəyyən tarixi hadisələri daha dinamik formada tamaşaçıya çatdırır. Sənədli filmdə gördüyü epizodu tamaşaçı adi kitab materialından fərqli olaraq, daha uzun müddət hafizəsində saxlaya bilər. Bütün bu xüsusiyyətlər həm sənədli filmin əhəmiyyətini gündəmə gətirir, həm də onunla bağlı müxtləlif araşdırmaların aparılmasının zəruriliyini göstərir.  

...

Download as:   txt (177.6 Kb)   pdf (689.9 Kb)   docx (1.1 Mb)  
Continue for 84 more pages »